Rus bölməsi abituriyentlərinin "Azərbaycan dili" fənnindən imtahan nəticələri açıqlanıb
- 27 aprel, 2015
- 11:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 27 aprel. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) "Azərbaycan dili" fənnindən imtahan verən rus bölməsi abituriyentlərinin imtahan nəticələrini açıqlayıb.
TQDK-dan "Report"a verilən məlumata görə, imtahanda iştirakı nəzərdə tutulan 8 426 abituriyentdən 551 nəfəri imtahana gəlməyib, imtahan qaydalarına zidd hərəkətlərə yol verdiyi üçün 2 abituriyentin imtahan nəticələri ləğv edilib.
İmtahanda iştirak edən 7 873 abituriyentdən 6 631 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək "məqbul" qiymət alıb.
Qeyd edək ki, bu imtahanda "qeyri-məqbul" qiymət alanlar, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər iyulun 7-də keçiriləcək növbəti "Azərbaycan dili" imtahanında iştirak edə bilərlər.