Rektor: "Əcnəbi tələbələrlə bağlı qürrələnə biləcəyimiz bir inkişaf yoxdur"

Rektor: "Əcnəbi tələbələrlə bağlı qürrələnə biləcəyimiz bir inkişaf yoxdur" "Azərbaycan Dövlət İqtisad Universitetinin əsas hədəfi 2030-cu ilə qədər dünyanın ən yaxşı 500 universiteti sırasına daxil olmaqdır".
Elm və təhsil
25 Yanvar , 2023 16:01
Rektor: Əcnəbi tələbələrlə bağlı qürrələnə biləcəyimiz bir inkişaf yoxdur
Ədalət Muradov

"Azərbaycan Dövlət İqtisad Universitetinin əsas hədəfi 2030-cu ilə qədər dünyanın ən yaxşı 500 universiteti sırasına daxil olmaqdır".

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Unuversitetinin (UNEC) rektoru Ədalət Muradov hesabat tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, MBA üzrə təhsil almaq istyənlərin 46 faizi UNEC-i seçir: "Əcnəbi tələbələrlə bağlı qürrələnə biləcəyimiz bir inkişaf yoxdur. 2022-ci ildə 316 əcnəbi tələbə qəbul edilib. 2014-cü ildə bu rəqəm 264 olsa da, say hələ də beynəlxalq standartların altındadır. Standartlara görə əcnəbi tələbə sayı ümumi tələbələrin 5 faizindən az olmamalıdır. Bizim yataqxana problemimiz var. Lakin bu istiqamətdə ciddi proqramlarımız var. Düşünürəm ki, bu sahədə də irəliləyiş əldə edəcəyik".

Son xəbərlər

Orphus sistemi