Peruda arxeoloqlar 1 000 yaşlı mumiya aşkarlayıblar

Peruda arxeoloqlar 1 000 yaşlı mumiya aşkarlayıblar Perunun paytaxtı Limanın yaşayış massivində arxeoloji sahədə 1 000 illik mumiya aşkar edilib.
Elm və təhsil
7 Sentyabr , 2023 06:25
Peruda arxeoloqlar 1 000 yaşlı mumiya aşkarlayıblar

Perunun paytaxtı Limanın yaşayış massivində arxeoloji sahədə 1 000 illik mumiya aşkar edilib.

“Report” xəbər verir ki, nadir tapıntı barədə arxeoloqlar “Reuters”ə danışıblar.

Alimlərin fikrincə, mumiya bükülmüş ayaqları ilə oturmuş vəziyyətdə olub. Onun uzun saçları və, demək olar, tamamilə sağlam çənəsi var. Bu, min il öncə, İnkaların bölgəyə gəlməsindən əvvəl müasir Perunun mərkəzi sahillərində inkişaf edən İçsma mədəniyyətinin ilk çağında yaşamış bir yetkin insandır.

Qalıqların yanında keramik qablar, qumaş və digər əşyalar tapılıb. Əvvəllər bu ərazidə mumiyalar və ərməğanlar artıq aşkar edilib. Uzmanlar buranı Pandora qutusu adlandırırlar. Onların fikrincə, bu ərazidə daha çox şey aşkarlamaq mümkündür.

Peru ən çox Maçu-Pikçu üzərindəki piramidaları ilə tanınır. Bununla belə, bu ərazi İnka İmperiyasının yüksəlişindən yüzilliklər əvvəl çiçəklənən digər ispanöncəsi mədəniyyətlərə də ev sahibliyi edib.

Son xəbərlər

Orphus sistemi