Ötən il töhmət verilən və işdən çıxarılan dövlət qulluqçularının sayı açıqlanıb

Ötən il töhmət verilən və işdən çıxarılan dövlət qulluqçularının sayı açıqlanıb Mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarında etik qaydalara riayət etməyən işçilərin sayı açıqlanıb.
Elm və təhsil
3 May , 2023 10:51
Ötən il töhmət verilən və işdən çıxarılan dövlət qulluqçularının sayı açıqlanıb

Ötən il mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarında 58 intizam tənbeh tədbiri görülüb.

"Report" xəbər verir ki, bu barədə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanuna uyğun olaraq etik davranış məsələləri ilə bağlı həyata keçirilən maarifləndirmə tədbirləri və etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə 2022-ci il üzrə hesabatda bildirilib.

Tənbeh tədbirlərindən 46-sı töhmət, 7-si dövlət qulluğundan azad edilmə, 2-si həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə, 1-i vəzifə maaşının azaldılması olub. 2 intizam tənbeh tədbirinin növü qeyd edilməyib.

Mərkəzi icra hakimiyyəti orqanları, habelə digər dövlət qurumlarında qulluq keçən dövlət qulluqçularına tətbiq edilən intizam tənbeh tədbirlərinin təhlili zamanı məlum olub ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun 4-cü (Vicdanlı davranış) maddəsinin tələblərinin pozulması üzrə 4, 5-ci (Peşəkarlıq və fərdi məsuliyyətin artırılması) maddəsinin tələblərinin pozulması üzrə 21 , 6-cı (Loyallıq) maddəsinin tələblərinin pozulması üzrə 2, 8-ci (İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət) maddəsinin tələblərinin pozulması üzrə 4, 9-cu (Mədəni davranış) maddəsinin tələblərinin pozulması üzrə 5, 10-cu (Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi) maddəsinin tələblərinin pozulması üzrə 19, 13-cü (Korrupsiyanın qarşısının alınması) maddəsinin tələblərinin pozulması üzrə 2 intizam tənbeh tədbiri tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi