Keçən il yerli icra hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçuları barədə 103 intizam tənbeh tədbiri görülüb.
"Report" xəbər verir ki, bu barədə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanuna uyğun olaraq etik davranış məsələləri ilə bağlı həyata keçirilən maarifləndirmə tədbirləri və etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə 2022-ci il üzrə hesabatda bildirilib.
Qeyd olunub ki, yerli icra hakimiyyəti orqanlarında tətbiq edilmiş 103 intizam tənbeh tədbirindən 94-ü töhmət, 2-si dövlət qulluğundan azadedilmə, 1-i ixtisas dərəcəsinin bir pillə aşağı salınması olub. 6 intizam tənbeh tədbirinin növü qeyd edilməyib.
Yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçularına tətbiq edilən intizam tənbeh tədbirlərinin təhlili zamanı məlum olmuşdur ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun 4-cü (Vicdanlı davranış) maddəsinin tələblərinin pozulması üzrə 3, 5-ci (Peşəkarlıq və fərdi məsuliyyətin artırılması) maddəsinin tələblərinin pozulması üzrə 12, 7-ci (İctimai etimad) maddəsinin tələblərinin pozulması üzrə 2, 8-ci (İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət).
Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət maddəsinin tələblərinin pozulması üzrə 2, 9-cu (Mədəni davranış) maddəsinin tələblərinin pozulması üzrə 2, 10-cu (Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi) maddəsinin tələblərinin pozulması üzrə 76, 11-ci (Qərəzsizlik) maddəsinin tələblərinin pozulması üzrə 1, 12-ci (Maddi və qeyri-maddi nemətlərin,imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi) maddəsinin tələblərinin pozulması üzrə 1, 13-cü (Korrupsiyanın qarşısının alınması) maddəsinin tələblərinin pozulması üzrə 1 intizam tənbeh tədbiri tətbiq edilmişdir.