NASA Sayki asteroidinə missiya göndərəcək

NASA Sayki asteroidinə missiya göndərəcək NASA oktyabrın 5-də metal maddələrlə zəngin olan Sayki (“Psyche”) asteroidinə missiya göndərməyi planlaşdırır.
Elm və təhsil
7 Sentyabr , 2023 01:56
NASA Sayki asteroidinə missiya göndərəcək

ABŞ-nin Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) oktyabrın 5-də metal maddələrlə zəngin olan Sayki (“Psyche”) asteroidinə missiya göndərməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə missiyanın elmi rəhbəri Henri Stoun mətbuat konfransında deyib.

“Günlərimizi sayırıq. Komandamız heç vaxt olmadığı qədər kosmik gəmini səyahətə göndərməyə hazırdır və bu çox maraqlıdır”, - NASA-nın nümayəndəsi bildirib.

Peyk Kanaveral burnundan "Falcon Heavy" daşıyıcı raketi ilə buraxılacaq.

Planlaşdırılır ki, asteroidin orbitində işlədiyi müddətdə zond təkcə şəkillər çəkməyəcək, həm də maqnitosferi ölçəcək və digər məlumatlar toplayacaq.

NASA-nın planetar araşdırmalar bölməsinin rəhbəri Lori Qleyzin sözlərinə görə, Saykiyə uçuş bəşəriyyətin metal səthə malik olan kosmik cismi öyrənmək üçün ilk cəhdi olacaq.

Zondun Yerdən Marsdan üç dəfə uzaqda yerləşən Saykiyə səyahətinin 6 il çəkməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi