Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul imtahanı keçirilib

Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul imtahanı keçirilib Dövlət İmtahan Mərkəzi (DİM) və Mədəniyyət Nazirliyi tərəfindən iyunun 2-də musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul üzrə test imtahanı keçirilib.
Elm və təhsil
2 İyun , 2024 14:20
 Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) və Mədəniyyət Nazirliyi tərəfindən iyunun 2-də musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul üzrə test imtahanı keçirilib.

DİM-dən “Report”a bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 5 binada təşkil olunub. İmtahanda 1 044 namizədin (106 nəfər direktor, direktor müavini, 938 nəfər isə müəllim vəzifəsinə işə qəbul) iştirakı nəzərdə tutulurdu.

İmtahanının keçirilməsi üçün 5 ümumi imtahan rəhbəri, 12 imtahan rəhbəri, 102 nəzarətçi, 14 buraxılış rejimi əməkdaşı ayrılıb.

İlkin məlumatlara əsasən, 1 nəfərdə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub və araşdırma aparılır.

İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan olunması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi