Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə qəbul üzrə müsabiqənin sənəd qəbulu mərhələsi başlayır

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə qəbul üzrə müsabiqənin sənəd qəbulu mərhələsi başlayır Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.
Elm və təhsil
29 İyul , 2023 19:10
Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə qəbul üzrə müsabiqənin sənəd qəbulu mərhələsi başlayır

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.

Bu barədə "Report"a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən bildirilib.

Müsabiqənin elektron sənəd qəbulu mərhələsi 31 iyul - 7 avqust tarixlərini əhatə edəcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 31 iyul saat 11:00-dan 7 avqust saat 11:00-dək https://miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə ilk növbədə dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslər buraxılacaq.

Son xəbərlər

Orphus sistemi