Direktorun şagirdin hicabını açması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
Elm və təhsil
- 17 fevral, 2021
- 09:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Abşeron Rayon Təhsil Şöbəsi Novxanı kənd 1 nömrəli tam orta məktəbin direktoru Taliyə Mirzəyevanın məktəbli qızın başından hicabını açaraq yerə atması ilə bağlı xəbərə münasibət bildirib.
Təhsil Şöbəsindən “Report”un sorğusuna cavab olaraq qeyd olunub ki, məktəbdə baş verən hadisə ilə bağlı iddialar təhsil şöbəsinin əməkdaşları tərəfindən araşdırılıb:
“Məlum olub ki, iddialarda adı hallanan 7-ci sinif şagirdinin valideyni Q.İ. ilə direktor arasında heç bir insident yaşanmayıb. Valideynin məktəbdən və məktəb rəhbərliyindən heç bir şikayəti yoxdur. Sinif rəhbəri valideyn və şagirdlə görüşüb və növbəti dərs günündən şagird məktəbdə tədrisə davam edəcək”.
Son xəbərlər
10:57
Kim Çen In Çinin Dandun şəhərinə gəlib
Digər ölkələr
10:55
"Fly Central Asia": Bakı Mərkəzi Asiya ölkələri üçün əsas aviasiya qovşağına çevrilir
İnfrastruktur
10:46
Foto
Özbəkistan Mərkəzi Asiya irsinin qorunması üzrə layihələri BMT-də təqdim edib
Region
10:40
Azərbaycanda içki idxalına çəkilən xərclər 13 %-dən çox artıb
Biznes
10:34
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
Hadisə
10:25
Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə qar yağıb - Faktiki hava
Ekologiya
10:21
Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb
Energetika
10:16
Azərbaycan şəkər ixracından qazancını 2,5 dəfəyə yaxın artırıb
Biznes
10:08
Azərbaycan Basketbol Liqası: IV turun daha bir oyunu bu gün keçiriləcək
Komanda