Mahmud Kaşğarinin “Divani-lüğəti-türk” əsərinin faksimilesi Nizami Muzeyinə hədiyyə edilib

Mahmud Kaşğarinin “Divani-lüğəti-türk” əsərinin faksimilesi Nizami Muzeyinə hədiyyə edilib Türkiyə Cümhuriyyətinin Bakıdakı mədəniyyət məsələləri üzrə attaşesi Muhittin Macid və Din xidmətləri attaşesi İhsan Açıq Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər.
Elm və təhsil
16 İyun , 2023 17:58
Mahmud Kaşğarinin “Divani-lüğəti-türk” əsərinin faksimilesi Nizami Muzeyinə hədiyyə edilib

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Muhittin Macid və din xidmətləri attaşesi İhsan Açıq Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər.

"Report"un xəbərinə görə, onlar muzeyin ekspozisiyası ilə tanış olublar.

Ekspozisiya şöbəsinin elmi işçisi İnarə Səfiyeva diplomatlara Azərbaycan ədəbiyyatı və mədəniyyətinin müxtəlif inkişaf dövrlərinə aid məlumatlar verib, maddi mədəniyyət nümunələrini, o cümlədən əlyazmaları, klassik əsərlərə toxunmuş süjetli xalçaları, müxtəlif dövrlərdə yazılmış əsərlərə çəkilmiş tablo və illustrasiyaları diqqətə çatdırıb.

Vitrinlərdə mühafizə edilən şair və yazıçılarımızın müəllifi olduğu bədii əsərlərin müxtəlif nəşrlərini və onlar barəsində olan tədqiqatları izləyən qonaqlar sonda öz təəssüratlarını muzeyin “Rəylər kitabı”nda bölüşüblər.

Muzeydə mühafizə edilən möhtəşəm əsərlərin sırasına Mahmud Kaşğarinin “Divani-lüğəti-türk” əsərinin faksimilesi də daxil edilib. Faksimile Türkiyə Mədəniyyət və Turizm Nazirliyi nəzdindəki Əlyazma əsərləri qurumu tərəfindən hazırlanıb.

Son xəbərlər

Orphus sistemi