Magistraturaya qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi başa çatır

Magistraturaya qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi başa çatır Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün proqram və ixtisaslaşma bu gün saat 23:59-dək davam edəcək
Elm və təhsil
805
5 İyul , 2021 11:15
Magistraturaya qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi başa çatır

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün proqram və ixtisaslaşma bu gün saat 23:59-dək davam edəcək

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumat görə, 5 iyul saat 10:50-yə olan məlumata əsasən, 12781 bakalavr (Azərbaycan bölməsi üzrə 11684, rus bölməsi üzrə 1097) öz ərizəsini təsdiq edib.

1150 bakalavr isə ixtisaslaşma seçimini yadda saxlasa da, hələlik ərizəsini təsdiq etməyib.

İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ proqram və ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.

Müsabiqəyə yalnız 5 iyul saat 23.59-dək "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

Son xəbərlər

Orphus sistemi