İradə Hüseynova: "Azərbaycan elmin inkişafına görə Cənubi Qafqazda lider olacaq"

İradə Hüseynova: "Azərbaycan elmin inkişafına görə Cənubi Qafqazda lider olacaq" "Prezidentin ötən gün elm və təhsillə bağlı imzaladığı fərmanlar ziyalılar tərəfindən yüksək səviyyədə qarşılanıb".
Elm və təhsil
29 İyul , 2022 15:41
İradə Hüseynova: Azərbaycan elmin inkişafına görə Cənubi Qafqazda lider olacaq

"Prezident İlham Əliyevin ötən gün elm və təhsillə bağlı imzaladığı fərmanlar ziyalılar tərəfindən yüksək səviyyədə qarşılanıb".

Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin sədri, akademik İradə Hüseynova deyib.

O bildirib ki, hər bir cəmiyyətin gücü, inkişafı onun elmi və təhsilinin səviyyəsi ilə müəyyən olunur: “Dünya təcrübəsi göstərir ki, hətta təbii sərvətləri az olan ölkələr elmin, təhsilin və texnologiyaların hesabına yüksək sürətlə inkişaf edə bilir, dünyada aparıcı mövqe tuturlar. Bu baxımdan dövlət başçısı tam zamanında fərmanlar imzalayıb. Azərbaycan bir çox göstəricilərə görə Cənubi Qafqaz ölkələri arasında liderdir. Dünyada da islahatlara, inkişaf tempinə görə aparıcı mövqe tutur. Həmin fərman inkişafa daha da təkan verəcək. Fərmanın gənc kadırların elmə cəlb olunmasında, elmlə təhsilin inteqrasiyası hesabına daha yüksək səviyyəli kadr potensialının hazırlanmasında, gələcək elmi tədqiqatlarda ciddi rolu olacaq. İnanırıq ki, bu da ciddi nəticələr verəcək. Ümumiyyətlə elm, təhsil və innovasiya bir üçbucaqdır. Bunlardan hansısa zəif olanda yaxşı nəticə əldə etmək mümkün olmur. Əgər elmimiz güclüdürsə, təhsilimiz də güclü olacaq. Elm və təhsilin gücü innovasiyalarda alınan fundamental nəticələrin praktikaya tətbiq edilməsində özünü göstərəcək”.

İ.Hüseynova hesab edir ki, yüksək ixtisaslı kadrların hazırlanması müxtəlif sahələrdə özünü göstərəcək: “İdarəetmənin təkminləşdirilməsi, müəyyən dəyişikliklərin olması, çeviklik hər zaman inkişafa, uğura istiqamətlənir. Bu fərmanın da uğurlu nəticələri olacaq. Akademiyada ciddi, yaxşı alimlər var. Bəlkə də yaxşı təbliğ olunmur, amma yaxşı nəticələr əldə edirlər. Güclü kadrlar var ki, əksəriyyətini gənclər təşkil edir. Bu proses daha da sürətləcək. Müəyyən vaxtdan sonra Azərbaycan Cənubi Qafqazda elminə görə də lider olacaq. Ümumiyyətlə Azərbaycan xalqı istedadlı, bilikli xalqdır. Bunu xaricdəki alimlərimiz, soydaşlarımız da sübut edir. Dünya elminə töhfələr verən alimlərimiz var".

Son xəbərlər

Orphus sistemi