İlin sonuna kimi 450 bağçada monitorinq aparılacaq

İlin sonuna kimi 450 bağçada monitorinq aparılacaq İlin sonuna kimi 450 bağçada monitorinq keçiriləcək.
Elm və təhsil
29 Oktyabr , 2024 12:38
İlin sonuna kimi 450 bağçada monitorinq aparılacaq
Eşqi Bağırov

Bu ilin sonunadək 450 bağçada qida təhlükəsizliyi və sanitar-gigiyena qaydalarının icra vəziyyəti yoxlanılacaq.

"Report" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov keçirdiyi hesabat brifinqində deyib.

Onun sözlərinə görə, bu gün ölkədə 100 mindən çox uşaq ənənəvi bağçalarda təhsil alır.

E.Bağırov bildirib ki, son iki il ərzində bağçalara 700-ə yaxın yeni tərbiyəçi müəllim, 79 nəfər isə müdir təyin olunub:

"Məktəbəqədər təhsil müəssisələrində kadr potensialının yaxşılaşdırılması əsas hədəflərdəndir. Bu istiqamətdə tədbirlər həyata keçirilir. Son iki ildə mərkəzləşmiş qaydada bağçalara təyin olunan tərbiyəçi müəllimlərin sayı 677 nəfərdir. Yeni təyin olunan bağça müdirlərinin sayı isə 79 nəfərdir".

Dövlət Agentliyinin direktoru vurğulayıb ki, məktəbəqədər təhsil müəssisələrində sanitariya-gigiyena və qida təhlükəsizliyi ilə bağlı tələblərə riayət olunub-olunmamasına dair monitorinqin aparılması nəzərdə tutulur:

"Bu ilin sonunadək paytaxt və bölgələrdə 450 bağçada sanitariya-gigiyena qaydalarının və qida təhlükəsizliyinin təmin olunması ilə bağlı fəaliyyətlərin icrası gözlənilir. Bununla yanaşı, Agentlik tərəfindən müntəzəm olaraq monitorinqlər təşkil edilir. Yoxlamalar beynəlxalq standartlara uyğun hazırlanmış çərçivə sənədi və alətlərlə aparılır".

Son xəbərlər

Orphus sistemi