​Fransada XX əsrin görkəmli riyaziyyatçısı vəfat edib

Elm və təhsil
  • 14 noyabr, 2014
  • 22:28
​Fransada XX əsrin görkəmli riyaziyyatçısı vəfat edib

Bakı. 15 noyabr. REPORT.AZ/ XX əsrin görkəmli fransalı riyaziyyatçısı Aleksandr Qrotendik 87 yaşında dünyasını dəyişib.

"Report" xəbər verir ki, alim cəbr həndəsəsinə verdiyi inqilabi töhfələr, həmçinin ədədlər və dərəcələr nəzəriyyələri, o cümlədən homoloji cəbr üzrə əldə etdiyi mühüm nailiyyətləri ilə məşhurdur.

Qrotendik Sen-Jiron şəhər xəstəxanasında vəfat edib. Riyaziyyatçı ora 1990-cı ilin əvvəllərində köçüb və qapalı həyat tərzi sürüb.

Qrotendik Almaniyada, yəhudi ailəsində dünyaya gəlib. Onun əslən rusiyalı olan atası, 1942-ci ildə nasist düşərgəsində vəfat edib.

Gənc oğlan mühəribədən sonra Monpelyedə universiteti bitirib, daha sonra Parisə köçüb və burada Nikolya Burbaki təxəllüsü ilə fəaliyyət göstərən əfsanəvi riyaziyyatçılar qrupuna daxil olub.