Emin Əmrullayev məşğul olduğu idman növlərini açıqlayıb

Emin Əmrullayev məşğul olduğu idman növlərini açıqlayıb "Təhsil naziri olduqdan sonra ilk dəfədir radioya müsahibə verirəm. Özümü çox rahat hiss edirəm. Müxtəlif təcrübələrin olması yaxşıdır. Avtomobildə gedərkən daha çox radioya qulaq asıram və hesab edirəm ki, radio müəyyən mənada televizyanı geridə qoyur”.
Elm və təhsil
26 Aprel , 2022 19:46
Emin Əmrullayev məşğul olduğu idman növlərini açıqlayıb

"Təhsil naziri olduqdan sonra ilk dəfədir radioya müsahibə verirəm. Özümü çox rahat hiss edirəm. Müxtəlif təcrübələrin olması yaxşıdır. Avtomobildə gedərkən daha çox radioya qulaq asıram və hesab edirəm ki, radio müəyyən mənada televizyanı geridə qoyur”.

“Report” xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev ASAN Radionun “QəbuldASAN” verilişində deyib.

O, telekanallara az hallarda baxdığını bildirib: "Ən çox xəbərlər buraxılışını izləyirəm. Rəsmi dövlət mediasına daha çox etibar edirəm".

"Hazırda əlavə hobbi ilə məşğul olmaq üçün boş vaxtım, demək olar, azdır. Boş vaxtlarımda idmanla məşğul oluram. Üzgüçülük, qaçış və digər idman növləri ilə məşğul oluram. Feysbukdakı səhifəmi də əsasən özüm idarə edirəm. Şərhləri də oxuyuram, uzaq məsafədə olanda həmkarlarımdan dəstək alıram. Azərbaycan muğamlarını çox sevirəm. Ağaxan Abdullayev ən çox sevdiyim xanəndədir", - nazir qeyd edib.

Son xəbərlər

Orphus sistemi