Deputat: Türkiyə-Azərbaycan Universiteti Bakıda yox, regionda fəaliyyət göstərsin

Deputat: Türkiyə-Azərbaycan Universiteti Bakıda yox, regionda fəaliyyət göstərsin Türkiyə-Azərbaycan Universitetinin binası Bakıda yox, regionda tikilsin.
Elm və təhsil
5 Aprel , 2024 11:21
Deputat: Türkiyə-Azərbaycan Universiteti Bakıda yox, regionda fəaliyyət göstərsin

Türkiyə-Azərbaycan Universitetinin binası Bakıda yox, regionda tikilsin.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkilinin fikrincə, Türkiyə-Azərbaycan Universiteti Bakıda deyil, regionda fəaliyyət göstərməlidir:

“Azərbaycanda bu gün daha çox texniki və informasiya texnologiyaları ilə əlaqədar universitetin yaradılmasına ciddi ehtiyac var. Türkiyə-Azərbaycan Universitetinin yaradılması nəzərdə tutulur. Həmin universitetin binasının da Bakıda tikilməsi planlaşdırılır. Təklif edirəm ki, bu bina Bakıda yox, regionda tikilsin. Ümumiyyətlə, təhsil ocaqlarını yavaş-yavaş regionlara yaymaq lazımdır.

Fazil Mustafa
Fazil Mustafa

Hesab edirəm ki, biz bu universiteti yaradarkən, bunu qardaş ölkə ilə universitet yaratmaq xatirinə etməməliyik. Təklif edirəm ki, həmin təhsil ocağı Türkiyə-Azərbaycan Texniki Universiteti olsun. Daha peşəkar və prestijli universitetlər yaratmaqla, Azərbaycan təhsilinin gələcəyinə töhfə verə bilərik”.

Son xəbərlər

Orphus sistemi