Cəlilabadda Mirvarid Dilbazinin 110 illiyi qeyd edilib

Cəlilabadda Mirvarid Dilbazinin 110 illiyi qeyd edilib Cəlilabadda Mirvarid Dilbazinin 110 illiyi qeyd edilib .
Elm və təhsil
11 Oktyabr , 2022 11:40
Cəlilabadda Mirvarid Dilbazinin 110 illiyi qeyd edilib

Cəlilabadda Mirvarid Dilbazinin 110 illiyi qeyd edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, yubiley tədbiri Cəlilabad Rayon İcra Hakimiyyəti, Azərbaycan Respulikası Mədəniyyət Nazirliyi, Masallı Regional Mədəniyyət İdarəsi, Cəlilabad Mədəniyyət Mərkəzi və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin birgə təşkilatçılığı Heydər Əliyev Mərkəzində ilə baş tutub.

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı tədbiri giriş sözü ilə açaraq, ilk öncə Vətən uğrunda canından keçən şəhidlərin ruhuna ehtiram olaraq bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Mirvarid Dilbazinin 85 illik yubileyindən ulu öndər Heydər Əliyevin Mirvarid Dilbazi haqqında videoçarx izlənilib. Tədbirdə çıxış edənlər Mirvarid Dilbazinin Azərbaycan ədəbiyyatında tutduğu yüksək mövqeyindən geniş söhbət açıblar, şeirlərindən səsləndiriblər.

Son xəbərlər

Orphus sistemi