Bu il 4-cü və 6-cı siniflərdə oxuyan 300 mindən çox şagird monitorinqə cəlb edilib

Bu il 4-cü və 6-cı siniflərdə oxuyan 300 mindən çox şagird monitorinqə cəlb edilib Bu il 4-cü və 6-cı siniflərdə oxuyan 300 mindən çox şagird monitorinqə cəlb edilib.
Elm və təhsil
29 Oktyabr , 2024 12:55
Bu il 4-cü və 6-cı siniflərdə oxuyan 300 mindən çox şagird monitorinqə cəlb edilib

Bu il 4-cü və 6-cı siniflərdə oxuyan 300 mindən çox şagird monitorinqə cəlb edilib.

"Report" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov keçirdiyi hesabat brifinqində deyib.

Onun sözlərinə görə, monitorinq nəticələrinə görə Agentlik olaraq həm İdarələrin, həm məktəblərin fəaliyyətini qiymətləndiririk:

"Bu nəticələr məktəblər və müəllimlərin fəaliyyətinin obyektiv güzgüsüdür. Məktəblərimizdə çalışan direktor və müəllimlərimizin qiymətləndirilməsində yalnız onların öz göstəriciləri deyil, eyni zamanda yetişdirdikləri uşaqların nəticələri də göstəricidir. Qeyd edək ki, ümumi təhsil müəssisələrinin IV siniflərində monitorinq tədris dili və riyaziyyat, VI siniflərində isə tədris dili, riyaziyyat və təbiət fənləri üzrə təşkil olunub. Nəticələr avqust ayından etibarən MÜTDA-nın regional bölmələrinə təqdim edilib".

Son xəbərlər

Orphus sistemi