BTE qəhvəyi-yaşıl rəngli məktəbli formasını tikməməsinin səbəbini açıqlayıb

BTE qəhvəyi-yaşıl rəngli məktəbli formasını tikməməsinin səbəbini açıqlayıb "Xaki rəngli məktəbli formasını tikməməyimizin əsas səbəbi buna tələbatın olmamasıdır".
Elm və təhsil
10 Avqust , 2023 17:26
BTE qəhvəyi-yaşıl rəngli məktəbli formasını tikməməsinin səbəbini açıqlayıb

"Xaki rəngli məktəbli formasını tikməməyimizin əsas səbəbi buna tələbatın olmamasıdır".

Bunu “Report”a açıqlamasında Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov təmsil etdiyi fabrikin qəhvəyi-yaşıl (xaki) rəngli məktəbli formasını tikməməsinə aydınlıq gətirərkən bildirib.

Onun sözlərinə görə, tələbat daha çox digər rəngli məktəbli formalarınadır: "Biz dörd rəngin üçünü tikirik. Qəhvəyi-yaşıl rəngli məktəbli formasını isə "Bakı Tekstil Fabriki" MMC tikir, başqa harada istehsal olunduğu haqqında məlumatım yoxdur. Eyni zamanda dörd rəngin hər birini istehsal etmək üçün fiziki gücümüz də yoxdur. Biz əsasən tələbatın daha çox olduğu tünd-göy və tünd-boz rəngli formaları istehsal edirik. Tünd qəhvəyi rəngli məktəbli formalarını da tikmişik. Ancaq açığını desək, tünd qəhvəyi rəngə belə tələbat azdır, yəni satılmır. Ona görə də əsasən tələbatın daha çox olduğu məhsulları tikirik”.

Şöbə müdiri həmçinin deyib ki, yeni tədris ilinədək tələbat yaxşı olduğu təqdirdə qəhvəyi-yaşıl rəngli məktəbli forması tikilə bilər.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, məktəbli formalarının tünd göy, tünd boz, qəhvəyi-yaşıl (xaki), tünd qəhvəyi olmaqla 4 rəngdə olması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi