Britaniya Şurasının Azərbaycan nümayəndəliyinə yeni direktor təyin olunub

Britaniya Şurasının Azərbaycan nümayəndəliyinə yeni direktor təyin olunub Bakı. 28 iyun. REPORT.AZ/ Təhsil naziri Ceyhun Bayramov fəaliyyətinin başa çatması münasibətilə Britaniya Şurasının Azərbaycan nümayəndəliyinin direktoru Elizabet Uaytı və Azərbaycan nümayəndəliyinin yeni təyin olunan direktor Samr Şahı qəbul edib.
Elm və təhsil
28 İyun , 2018 16:09
Britaniya Şurasının Azərbaycan nümayəndəliyinə yeni direktor təyin olunub
edu.gov.az
0 : 00
0 : 00

Bakı. 28 iyun. REPORT.AZ/ Təhsil naziri Ceyhun Bayramov fəaliyyətinin başa çatması münasibətilə Britaniya Şurasının Azərbaycan nümayəndəliyinin direktoru Elizabet Uaytı və Azərbaycan nümayəndəliyinin yeni təyin olunan direktor Samr Şahı qəbul edib.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə Təhsil Nazirliyi və Britaniya Şurası arasında təhsil sahəsində mövcud olan əlaqələrin cari vəziyyəti və yüksək inkişafı haqqında danışılıb. 

Nazir Elizabet Uaytın Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib və ona öz təşəkkürünü bildirib. O, Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə və Azərbaycan-Böyük Britaniya təhsil əlaqələrinin genişləndirilməsinə verdiyi töhfələrə görə Təhsil Nazirliyinin Fəxri fərmanı təqdim edilib.

E.Uayt Azərbaycandan xoş təəssüratlarla ayrıldığını qeyd edib və Azərbaycandakı fəaliyyəti dövründə ona göstərdiyi dəstəyə görə nazir Ceyhun Bayramova minnətdarlığını bildirib.

Sonda nazir Samr Şaha ölkədəki və Elizabet Uayta gələcək fəaliyyətində uğurlar arzu edib. 

Son xəbərlər

Orphus sistemi