Sabah - sentyabrın 22-də Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayır. Bəs bir uşağın məktəb hazırlığı neçəyə başa gəlir?
"Report" mövzu ilə bağlı araşdırma aparıb.
İlk olaraq Bakı Tikiş evində məktəbli geyiminin qiyməti ilə maraqlandıq.
Bakı Tikiş Evinin (BTE) Satış şöbəsinin rəisi Etibar Əzimov “Report”a bildirib ki, məktəbli formalarının qiyməti 2017-ci ildən bu yana eyni olaraq qalır. Belə ki, aşağı siniflər üçün vahid formanın qiyməti (pencək - şalvar, pencək - ətək) 40 manat, yuxarı siniflər üçün isə 46 manatdır. Köynəklərin qiyməti isə ölçüsündən asılı olmayaraq 8 manat təşkil edir.
Şagirdlər üçün ayaqqabının hər hansı bir standartı olmasa da, orta keyfiyyətdə bir cüt ayaqqabı almaq üçün ən azı 25 manat tələb olunur.
Araşdırma zamanı məlum oldu ki, məktəbli geyimi, ayaqqabı, çanta və digər ləvazimatlar orta hesabla təxminən 150-200 manat təşkil edir. Bu məbləğ ailədəki məktəblilərin sayına və büdcəyə uyğun olaraq dəyişir.
Ətraflı süjetdə...