Bakı Ali Neft Məktəbində (BANM) ümummilli lider
Ali Məktəbdən "Report"a verilən məlumata görə, tədbirdə BANM-in rəhbərliyi və professor-müəllim heyəti, eləcə də BANM-in partnyorları olan
Eyni zamanda konfranslarda iştirak etmiş və öz maraqlı prezentasiyaları ilə seçilərək qalib olaraq müəyyən edilmiş tələbə və gənc alimlər də tədbirdə iştirak ediblər.
Qonaqları salamlayan BANM-in rektoru Elmar Qasımov Ali Məktəbdə aprelin 15-dən etibarən keçirilən konfransların yekunu barədə məlumatları iştirakçılarıların diqqətinə çatdırıb.
Çoxsaylı bölmələrdən ibarət üç geniş başlıq altında - "Kimya və kimya mühəndisliyində perspektivlər", "Keyfiyyətli enerji, keyfiyyətli xidmət və "Yüksək texnologiyalar- innovativ tətbiqlər" mövzuları çərçivəsində təşkil olunmuş konfranslara ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələri və AMEA-nın institutlarını təmsil edən, ümumilikdə, 177 nəfər tələbə və gənc alimin müraciət etdiyini bildirən rektor hər bölmə üzrə uğurla çıxış etmiş qaliblərin bu gün BANM-in sertifikatları, eləcə də konfransa dəstək vermiş yerli və transmilli şirkətlərin qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlarını bildirib.
O, hər bir iştirakçıya konfransda fəal iştirak etdikləri üçün təşəkkür edən rektor onlarda elmi-tədqiqtlara marağın bundan sonra daha da artacağından əmin olduğunu vurğulayıb.
Daha sonra 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərinə, həmçinin həvəsləndirici kateqoriya üzrə seçilmiş iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub.