Bakıda direktorun şagirdləri döyməsi ilə bağlı araşdırma aparılır

Bakıda direktorun şagirdləri döyməsi ilə bağlı araşdırma aparılır Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.
Elm və təhsil
6 Yanvar , 2022 15:27
Bakıda direktorun şagirdləri döyməsi ilə bağlı araşdırma aparılır
Zinyət Əhmədova
0 : 00
0 : 00

Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.

İdarədən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Qeyd olunub ki, ümumtəhsil müəssisələrində müəllim-şagird münasibətlərinin tənzimlənməsi və uşaqların psixoloji dayanıqlılığının artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir: "Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır".

Xatırladaq ki, direktor Z.Əhmədovanın şagirdlərə məktəbin foyesində şagirdlərə əl qaldırması müşahidə kameralarına düşüb. Onun bu hərəkəti sosial şəbəkədə qınağa səbəb olub.

Son xəbərlər

Orphus sistemi