Bakı məktəblisi İranda keçirilən yarışda Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz edib
Elm və təhsil
- 22 fevral, 2019
- 06:55
Bakı. 22 fevral. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 95 nömrəli tam orta məktəbin V sinif şagirdi Zəhra Salmanlı İranda keçirilən idman yarışında Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz edib.
İdarədən "Report"a verilən məlumata görə, hadisə turnirin keçirildiyi məkanda baş verib.
Z.Salmanlı Azərbaycan bayrağının yerinin dəyişilməyəcəyi təqdirdə yarışa qatılmayacağını bildirib. Bayraq fərqli və daha uyğun yerdə asıldıqdan sonra yarışa qatılan məktəbli karate idman növü üzrə bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, rəqibləri arasında erməni idmançını da məğlub edən Zəhra Salmanlı sonda qızıl medal və diplomla təltif olunub.
Son xəbərlər
19:31
Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə19:28
Foto
Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva "Qaranlıqdan sonra" adlı tədbirdə iştirak edib
Daxili siyasət19:23
Nazir: Kanadanın Baş naziri martın əvvəlində Hindistana səfər edəcək
Digər ölkələr19:13
Azərbaycanda "X"ə giriş qismən bərpa olunub – YENİLƏNİB
İKT19:08
Ermənistanın 2,5 milyona yaxın vətəndaşı parlament seçkilərində səs verəcək
Region19:01
Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib, Rauf Məmmədov mübarizəni dayandırıb
Fərdi18:54
Premyer Liqa: XX turun bağlanış oyununda lider "Sabah" qələbə qazanıb
Futbol18:54
"Crocus"da terror aktı işi üzrə təqsirləndirilənlərə ömürlük həbs istənilib
Region18:32