İyunun 23-də Bakı Dövlət Universiteti (BDU) tələbələrinin “Məzun günü” keçirilib.
"Report" xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə BDU-nun rektoru Elçin Babayev məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb: "BDU ailəsi adından hər birinizi tələbə həyatınızın ən əlamətdar günü - "Məzun günü" münasibətilə ürəkdən təbrik edirəm! Bu gün siz ömrünüzün ən rəngarəng dövrü olan qaynar tələbəlik illərinizlə vidalaşırsınız. Yüksək ixtisaslı mütəxəssislər, ölkəmizin böyük ümidlər bəslədiyi gənclər, layiqli vətəndaşlar kimi ömür yolunuzun yeni, parlaq səhifəsini açırsınız. Bu unudulmaz anları sizlərlə bölüşmək çox xoşdur, qürurvericidir! Cənnət Vətənimizin daha da qüdrətlənməsində, xalqımızın rifahının yüksəldilməsində, dövlətçiliyimizin möhkəmləndirilməsində fəal iştirak etmək, Vətən və xalq sevgisi ilə yaşamaq və yaratmaq sizin gələcək həyatınızın əsası olacaq, biz buna əminik, yolunuz hər zaman açıq olsun".
Digər çıxış edənlər də məzunları təbrik edərək onlara xoş arzularını bildiriblər.
Sonra BDU haqqında videoçarx nümayiş etdirilib.
Eyni zamanda təhsildə yüksək nəticələr əldə edərək fərqlənən tələbələrə sertifikatlar təqdim edilib.
Tədbir konsert proqramı ilə davam edib.
Bakı Dövlət Universitetinin (BDU) tələbələrinin “Məzun günü” keçirilir.
"Report" xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən tədbir Dövlət Himnin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
"Məzun günü"ndə gənclər və idman naziri Fərid Qayıbov, BDU-nun rektoru Elçin Babayev və bir sıra rəsmi şəxslər iştirak edirlər.
Qeyd edək ki, 2022-2023-cü tədris ilində Bakı Dövlət Universitetini 5 000 mindən çox tələbə bitirir.