BDU-da iki yeni şöbə yaradılıb

BDU-da iki yeni şöbə yaradılıb Bakı Dövlət Universitetində (BDU) iki yeni şöbə yaradılıb.
Elm və təhsil
18 Yanvar , 2023 18:38
BDU-da iki yeni şöbə yaradılıb

Bakı Dövlət Universitetində (BDU) iki yeni şöbə yaradılıb.

Bu barədə "Report"a ali təhsil müəssisəsindən məlumat verilib.

Bildirilib ki, BDU-da tədris və elmi fəaliyyətin təşkilində səmərəliliyin artırılması, idarəetmənin optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə struktur islahatları keçirilir. Struktur islahatları çərçivəsində Magistratura və doktorantura şöbəsi ləğv olunub. Onun bazasında Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzində Doktorantura şöbəsi və Tədrisin təşkili və idarə olunması Mərkəzində Magistratura şöbəsi yaradılıb. Bu barədə BDU Elmi Şurasında qərar qəbul olunub. Yeni şöbələrin yaradılması BDU-da magistratura və doktorantura təhsilinin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət edir.

Son xəbərlər

Orphus sistemi