Emin Əmrullayevin Gürcüstana səfəri başlayıb

Emin Əmrullayevin Gürcüstana səfəri başlayıb Azərbaycanın təhsil naziri Emin Əmrullayev fevralın 20-də Gürcüstana rəsmi səfər edib.
Elm və təhsil
20 Fevral , 2022 14:23
Emin Əmrullayevin Gürcüstana səfəri başlayıb

Azərbaycanın təhsil naziri Emin Əmrullayevin Gürcüstana rəsmi səfəri başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, nazir Tbilisinin mərkəzində Heydər Əliyev adına parkda Azərbaycanın ümummilli liderinin büstü önünə əklil qoyaraq xatirəsini ehtiramla yad edib.

Ziyarətdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları və Gürcüstanın Təhsil və Elm Nazirliyinin nümayəndəsi iştirak edib. Qurum adından büstün önünə gül çələngi qoyulub.

E.Əmrullayev daha sonra Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinə baş çəkəcək, mədəniyyət ocağının fəaliyyəti və sərgilənən ekspozisiya ilə tanış olacaq.

11:39

Azərbaycanın təhsil naziri Emin Əmrullayev fevralın 20-də Gürcüstana rəsmi səfər edib.

“Report” AZƏRTAC-a istinadən xəbər verir ki, səfərin məqsədi iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığı daha da genişləndirilmək və inkişaf etdirməkdir.

Emin Əmrullayev səfər çərçivəsində ulu öndər Heydər Əliyevin Tbilisidə və Rustavidəki abidələrini ziyarət edəcək, Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli ilə görüşəcək. Hər iki ölkənin təhsil nazirlikləri arasında əməkdaşlıq haqqında saziş imzalanacaq.

Azərbaycanın təhsil naziri səfər çərçivəsində Gürcüstanın bir neçə ali məktəblərinə də baş çəkəcək. Həmçinin Gürcüstanın tədrisi Azərbaycan dilində olan məktəblərinin direktor və müəllim heyəti ilə də görüş keçirəcək.

Nazirin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşü də nəzərdə tutulub.

Səfər fevralın 23-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi