Azərbaycandakı universitetlərdən biri üçün xüsusi düşərgə yaradılacaq

Elm və təhsil
  • 26 dekabr, 2014
  • 08:21
Azərbaycandakı universitetlərdən biri üçün xüsusi düşərgə yaradılacaq

Bakı. 26 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib.

"Report"un məlumatına görə, nazir Əbülfəs Qarayev çıxışı zamanı xatırladıb ki, Turizm İnstitutunun bazasında Azərbaycan Turizm və Menecment Universiteti yaradılır. O bildirib ki, universitet üçün xüsusi düşərgə də yaradılacaq: "Burada turizm sahəsində çalışacaq menecentlərin xüsusi təcrübələr keçməsinə şərair yaradılacaq".

Ə.Qarayevin sözlərinə görə, gələn il Azərbaycanda həm də Xoreoqrafiya Akademiyasının yaradılması planlaşdırılır: "Bizdə bu məktəb var idi, indi isə daha da genişləndiriləcək, yeni bina tikiləcək, akademiya da onun ərazisində olacaq. Orada həm ibtidai, həm kollec, həm də ali təhsil tədris olunacaq. Bu, bir neçə mərhələdə baş tutacaq".

Son xəbərlər

Bütün Xəbər Lenti