Ötən tədris ilində 56 tələbə dünyasını dəyişib.
“Report” xəbər verir ki, tələbələrdən 40 nəfəri bakalavriat, 11-i tam orta ixtisas bazası, 5-i isə ümumi orta ixtisas bazası üzrə təhsil alıb.
Bundan başqa, 2020-ci ildə akademik borca görə, digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar, təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə, təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar xaric edilən tələbələrin sayı 6 954 olub. Təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə xaric edilən tələbələrin sayı 4352 nəfər olub. Təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar 95 nəfər xaric edilib.
Akademik borca görə xaric edilən tələbələrin sayı 497 nəfər təşkil edib. Digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar xaric edilən tələbələrin sayı 2010 olub.
Ötən il təkrar kursda saxlanılan tələbələrin sayı 152 nəfər olub. Onlardan 23-ü bakalavriat, 48-i tam orta ixtisas bazası, 81-i ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.