Azərbaycan universitetlərində "Genderə giriş" fənni tədris edilə bilər

Azərbaycan universitetlərində "Genderə giriş" fənni tədris edilə bilər “Gender bərabərliyinin təmin olunmamasından ən çox qadınlar əziyyət çəkir”.
Elm və təhsil
20 Oktyabr , 2021 11:49
Azərbaycan universitetlərində Genderə giriş fənni tədris edilə bilər

“Gender bərabərliyinin təmin olunmamasından ən çox qadınlar əziyyət çəkir”.

“Report”un xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda gender əlaqələndiriciləri müəyyən edilib: “Son vaxtlar cəmiyyətdə baş verən intihar, zorakılıq halları ilə bağlı medianın üzərinə daha böyük işlər düşür. Biz fikirləri hadisənin nədən baş verməsinə yönəltməliyik”.

B.Muradova bildirib ki, Azərbaycan univeritetlərinə gender bərabərliyi ilə bağlı təkliflər göndərilib: "Ali təhsil müəssisələrində "Genderə giriş" fənninin tədris edilməsi və kafedranın açılması üçün müraciət edilib. Müsbət cavablar var”.

Son xəbərlər

Orphus sistemi