AMEA prezidenti: Qafqaz Albaniyası ilə bağlı arxeoloji tədqiqatlar genişləndirilməlidir
- 11 dekabr, 2025
- 14:13
Qafqaz Albaniyası ilə bağlı arxeoloji tədqiqatlar genişləndirilməlidir.
"Report" xəbər verir ki, bunu AMEA-nın prezidenti İsa Həbibbəyli Arxeologiya və Antropologiya İnstitutunun yekun hesabat iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycanın şimal və cənub bölgələrində aparılan qazıntıların sayı azdır, bunun artırılması zəruridir.
İ.Həbibbəyli həmçinin bildirib ki, Xocavənddəki Tağlar kəndindəki magarada tapılan artefaktların tarixləndirilməsi başa çatdıqdan sonra dünya miqyasında təqdimatı həyata keçiriləcək.
Qeyd edək ki, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun 2025-ci ilin yekunu ilə bağlı hesabatına əsasən, Xocavənd rayonunda yerləşən Tağlar mağarasında tədqiqatlar nəticəsində 1968-ci ildən sonra (Azıx adamının qalığı) ilk dəfə paleoantropoloji qalıq tapılıb. Hesabatda vurğulanıb ki, ehtimala əsasən, bu, yaşı, təxminən, 80 min il olan neandertal insana aid qalıqdır və hazırda tapıntı Yaponiyada təhlil edilir.