ADU-da Ərəb Dili Auditoriyasının açılışı olub

ADU-da Ərəb Dili Auditoriyasının açılışı olub Azərbaycan Dillər Universitetində Şeyx Zayed adına Ərəb Dili Auditoriyasının açılışı olub.
Elm və təhsil
15 İyul , 2024 22:43
ADU-da Ərəb Dili Auditoriyasının açılışı olub

Azərbaycan Dillər Universitetində Şeyx Zayed adına Ərəb Dili Auditoriyasının açılışı olub.

“Report” xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

“BƏƏ-nin Azərbaycan Respublikasındakı səfiri Zati-aliləri Məhəmməd Əl-Bluşi, BƏƏ-nin Bakıdakı səfirliyinin təşəbbüsü və Azərbaycan Dillər Universitetinin rektoru, Azərbaycanın hökumət nümayəndələri və ərəb ölkələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş səfirlərinin iştirakı ilə Bakıdakı Dillər Universitetində Şeyx Zayed adına Ərəb Dili Auditoriyasının açılışını etmişdir”, – diplomatik missiyanın sosial şəbəkədəki paylaşımında qeyd olunub.

Bildirilib ki, “auditoriyanın yaradılması iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsi çərçivəsində baş verib”.

Son xəbərlər

Orphus sistemi