E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələrinin sayı açıqlanıb

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələrinin sayı açıqlanıb 2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb.
Elm və təhsil
3 Noyabr , 2023 16:12
E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələrinin sayı açıqlanıb

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb.

Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaşı, Abşeron - Xızı, Qarabağ, Mərkəzi Aran, Dağlıq Şirvan, Şəki - Zaqatala, Qazax - Tovuz, Gəncə - Daşkəsən və Quba - Xaçmaz regional təhsil idarələrinin tabeliyində olan müəssisələr üzrə 585 000 şagird və 39 000 müəllim istifadə edir.

Platformanın tətbiqinə dəstək vermək üçün təhsil müəssisələrinin pedaqoji və inzibati heyəti üçün təlimlər keçirilib.

Qeyd edək ki, layihənin məqsədi elektron qiymətləndirmənin səmərəli təşkili və sənədləşmə prosesinin rəqəmsallaşdırılmasıdır. Sistem vasitəsilə hər müəssisə üzrə tədris növbələrinin təyin olunması, dərs cədvəllərinin tərtibi, elektron profillərin tənzimlənməsi və siniflər üzrə şagird məlumatlarının idarəolunması elektronlaşdırılıb. Bununla yanaşı, elektron jurnal şagirdlərin müvəffəqiyyət və davamiyyətini, mövzular üzrə dərs materiallarının mənimsənilməsi keyfiyyətini təhlil etmək imkanı yaradır. Müəllim-valideyn münasibətlərinin qurulması isə platformanın “Əks-əlaqə” bölməsi vasitəsilə həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi