Zod qızıl yatağının ehtiyaları yenidən qiymətləndirilə bilər
“Report” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.
Onun sözlərinə görə, Kəlbəcər Zod qızıl yatağının 76 faizi Azərbaycanda, 24 faizi isə Ermənistan ərazisindədir: "Yatağın ilkin qiymətləndirilmiş resurs ehtiyatı 112 ton qızıl olub. Yəqin ki, gələcəkdə ehtiyaların yenidən qiymətləndirilməsi mümkündür. İşğal dövründə yataq ciddi istismar edilib”.