Cəlilabadda 10 yaşlı uşaq qızdırma nəticəsində ölüb

Hadisə
  • 11 noyabr, 2026
  • 20:25
Cəlilabadda 10 yaşlı uşaq qızdırma nəticəsində ölüb

Cəlilabad rayonunda azyaşlı uşaq ölüb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, 10 yaşlı A.Y. yüksək hərarət səbəbindən qıcolma (sudurğa) keçirərək həyatını itirib.