Zəngilan, Ağdam və Cəbrayıl rayonları ərazisində salınan yaşıllıq sahələrinin həcmi açıqlanıb

Zəngilan, Ağdam və Cəbrayıl rayonları ərazisində salınan yaşıllıq sahələrinin həcmi açıqlanıb Yeni yaşıllıq sahələrinin salınması layihələri çərçivəsində Zəngilan rayonu ərazisində 55,0 hektar (ha), Ağdam rayonu ərazisində 11,0 ha, Cəbrayıl rayonu ərazisində isə 38,0 ha yeni yaşıllıq sahəsi salınıb.
Ekologiya
10 Dekabr , 2024 14:10
Zəngilan, Ağdam və Cəbrayıl rayonları ərazisində salınan yaşıllıq sahələrinin həcmi açıqlanıb

Yeni yaşıllıq sahələrinin salınması layihələri çərçivəsində Zəngilan rayonu ərazisində 55,0 hektar (ha), Ağdam rayonu ərazisində 11,0 ha, Cəbrayıl rayonu ərazisində isə 38,0 ha yeni yaşıllıq sahəsi salınıb.

"Report"un Xankəndi şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Kənan Kərimli Ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.

O qeyd edib ki, hazırda Cəbrayıl və Füzuli rayonları ərazisində yeni yaşıllıq sahəsinin salınması ilə bağlı işlər davam etdirilir.

Məlumat verilib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində yeraltı su yataqlarının istismar ehtiyatlarının yenidən qiymətləndirilməsi üzrə 170-dən artıq məntəqədə yoxlama təftiş işləri yerinə yetirilib.

K.Kərimli qeyd edib ki, 142 mineral xammal yatağında monitorinq təftiş işləri aparılıb və işğal dövründə istismar edilmiş həcm müəyyənləşib:

"Hazırda işğaldan azad edilmiş ərazilərdə əlvan və nəcib metalların axtarışı, qiymətləndirilməsi üzrə geoloji kəşfiyyat işləri davam etdirilir".

Son xəbərlər

Orphus sistemi