Xidmət rəisi: "Hidrometeorologiya sahəsində əməkdaşlığa dair saziş layihəsi hazırlanmalıdır"

Xidmət rəisi: "Hidrometeorologiya sahəsində əməkdaşlığa dair saziş layihəsi hazırlanmalıdır" “Meteorologiya xidmətlərinin əməkdaşlığının hüquqi cəhətdən nizamlanması məqsədilə hidrometeorologiya sahəsində əməkdaşlığa dair saziş layihəsi hazırlanmalıdır”.
Ekologiya
15 Noyabr , 2023 14:39
Xidmət rəisi: Hidrometeorologiya sahəsində əməkdaşlığa dair saziş layihəsi hazırlanmalıdır

“Meteorologiya xidmətlərinin əməkdaşlığının hüquqi cəhətdən nizamlanması məqsədilə hidrometeorologiya sahəsində əməkdaşlığa dair saziş layihəsi hazırlanmalıdır”.

“Report”un məlumatına görə, bu təkliflə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Bakıda keçirilən Türk Dünyası II Meteorologiya Forumunda çıxış edib.

Xidmət rəisi bildirib ki, meteoroloji məlumat, həmçinin bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə türk dövlətlərinin meteorologiya xidmətlərinin birgə istifadəsi məqsədilə internet saytı yaradılmalıdır:

“Paris Sazişinin 13-cü maddəsinin tələblərinə uyğun olaraq ölkələrimizdə təkmilləşdirilmiş şəffaflıq formatına uyğun monitorinq, hesabatlılıq və yoxlama (ÖHY- MRV) sisteminin qurulması üzrə təcrübə mübadiləsi təşkil edilməli, istilik effekti yaradan qazların (İEYQ) inventarlaşdırılması, mitiqasiya və adaptasiya tədbirlərinin modelləşdirilməsi üzrə birgə təlimlər keçirilməli, müsbət təcrübənin bölüşülməsi məqsədilə elmi-texniki məlumatların, müvafiq təhsil proqramlar təkmilləşdirilməli, habelə birgə konfrans və simpoziumlar təşkil edilməlidir”.

Son xəbərlər

Orphus sistemi