Xəzər dənizinin səviyyəsinin düşməsi ilə bağlı regional ekspert qrupu yaradılacaq

Xəzər dənizinin səviyyəsinin düşməsi ilə bağlı regional ekspert qrupu yaradılacaq Xəzər dənizinin səviyyəsinin düşməsi ilə bağlı regional ekspert qrupunun yaradılması planlaşdırılır.
Ekologiya
29 Dekabr , 2021 12:48
Xəzər dənizinin səviyyəsinin düşməsi ilə bağlı regional ekspert qrupu yaradılacaq

Xəzər dənizinin səviyyəsinin düşməsi ilə bağlı regional ekspert qrupunun yaradılması planlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva məlumat verib.

Onun sözlərinə görə, son illərdə Xəzər dənizinin səviyyəsində tərəddüdlər ən çox müzakirə edilən məsələlərdəndir: "Xəzəryanı ölkələrin iqtisadiyyatının formalaşmasında xüsusi rolu olan dənizin səviyyəsinin əsrin sonunadək xeyli enəcəyi proqnozu mövcuddur. Bu il Əlif Haciyev gəmisi ilə 4 dəfə təşkil olunan ekspedisiya zamanı elmi-tədqiqat və monitorinq işləri həyata keçirilib, maraqlı nəticələr əldə olunub. Qlobal istiləşmə Xəzərdə dəniz suyunun temperaturunun orta hesabla 1,2 dərəcə artmasına səbəb olub. Təbii ki, səviyyənin aşağı düşməsi fonunda bu amillərlə dəniz ekosistemi, biomüxtəlifliyi üçün əlavə risklər yaradır".

U.Tağıyeva bildirib ki, 2005-ci ildən dənizin səviyyəsi müntəzəm enməyə başlayır: "Dənizin səviyyəsi bu illər ərzində 119 sm aşağı düşüb. Bu ilin yekununda səviyyənin daha da aşağı enəcəyi gözlənilir. Xəzər dənizinin səviyyəsinin gələcəkdə iqlim dəyişmələrinin təsiri nəticəsində daha da aşağı düşməsi probleminin müzakirəsi üçün Xəzəryanı ölkələrin və bu sahədə təcrübəsi olan beynəlxalq ekspertlərin iştirakı ilə seminarın keçirilməsi 2022-ci ilin mart ayında planlaşdırılır. Hövzə üzrə razılaşdırılmış səviyyə ssenarilərini və həyata keçiriləcək uyğunlaşma tədbirlərini birgə hazırlamaq üçün regional ekspert qrupunun yaradılması nəzərdə tutulur".

Son xəbərlər

Orphus sistemi