Xidmətin rəis müavini: Xankəndi Hidrometeoroloji Stansiyası işğal zamanı salamat qalan yeganə stansiyadır

Xidmətin rəis müavini: Xankəndi Hidrometeoroloji Stansiyası işğal zamanı salamat qalan yeganə stansiyadır Xankəndi Hidrometeoroloji Stansiyası işğal zamanı salamat qalan yeganə stansiyadır.
Ekologiya
10 Dekabr , 2024 16:40
Xidmətin rəis müavini: Xankəndi Hidrometeoroloji Stansiyası işğal zamanı salamat qalan yeganə stansiyadır

Xankəndi Hidrometeoroloji Stansiyası işğal zamanı salamat qalan yeganə stansiyadır.

"Report" xəbər verir ki, bu barədə Ekoloji məsələlər üzrə işçi qrupun Xankəndidə keçirilən iclası çərçivəsində jurnalistlər üçün ərazidə təşkil olunan mediaturda məlumat verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov deyib ki, stansiya 1898-ci ildə yaradılıb:

"İşğal olunmuş ərazilərimizdə 9 meteoroloji, 16 hidroloji stansiyaları olub, hamısı dağıdılıb, yalnız bu stansiya qalıb".

Onun sözlərinə görə, bu stansiya avtomatik qaydada fəaliyyət göstərir:

"İşğal dövründən salamat qalan yeganə stansiyadır. Avtomat meteoroloji stansiya ABŞ istehsalıdır. Bu stansiyalardan Azərbaycanda bir neçə ərazidə var, həmçinin Laçın və Xocalıda da var. Bu stansiyalardan real vaxt rejimində məlumatlar Milli Hidrometeorologiya Xidmətinin Situasiya Mərkəzinə ötürülür".

O qeyd edib ki, bu stansiyada küləyin sürətini və istiqamətini, yağıntını, havanın nisbi rütubətini, atmosfer təzyiqini və havanın temperaturunu ölçmək mümkündür.

Ə.Əsgərov, həmçinin deyib ki, Xankəndidə salamat qalan bu stansiyanın son müşahidə tarixi 19 sentyabr 2023-cü il gündüz saat 12:00-da aparılıb.

Son xəbərlər

Orphus sistemi