Vəhşi heyvanları qəfəsdə saxlayan restoran sahibi cəzalandı

Vəhşi heyvanları qəfəsdə saxlayan restoran sahibi cəzalandı Ağstafa rayonunda "Yaşıl Göl" restoranında vəhşi heyvanların qəfəsdə saxlanılması ilə bağlı sosial şəbəkədə yayılan məlumat ETSN-nin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.
Ekologiya
20 İyul , 2020 18:56
Vəhşi heyvanları qəfəsdə saxlayan restoran sahibi cəzalandı

Ağstafa rayonunda "Yaşıl Göl" restoranında vəhşi heyvanların qəfəsdə saxlanılması ilə bağlı sosial şəbəkədə yayılan məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.

Nazirliyin mətbuat katibi İradə İbrahimova "Report"a bildirib ki, "Yaşıl Göl" ailəvi istirahət mərkəzində 2 ayı, 2 canavar və 2 meymun qəfəsdə saxlanıldığına görə akt tərtib olunub. Vəhşi heyvanlar götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına, meymunlar isə zooparka təhvil veriləcək. Hazırda restoran sahibi Zöhrab Rəsulov barəsində qanunamüvafiq tədbirlər görülür.  

“Nazirlik vəhşi heyvanların istirahət mərkəzlərində qəfəslərdə saxlanılmasını pisləyir və vəhşi təbiətin mühafizəsinə öz töhfəsini verərək bu faktı ictimailəşdirən hər kəsə təşəkkürünü bildirir”, - İ.İbrahimova əlavə edib.

Son xəbərlər

Orphus sistemi