ÜMT: Önümüzdəki aylarda havanın temperaturu orta səviyyədən yüksək olacaq

ÜMT: Önümüzdəki aylarda havanın temperaturu orta səviyyədən yüksək olacaq May və iyun aylarında Şimal yarımkürəsinin böyük hissəsində hava həmişəkindən daha isti olacaq. Bu, okean səthinin temperaturunun orta göstəricilərdən yüksək olması ilə əlaqədardır.
Ekologiya
13 May , 2020 10:51
ÜMT: Önümüzdəki aylarda havanın temperaturu orta səviyyədən yüksək olacaq

May və iyun aylarında Şimal yarımkürəsinin böyük hissəsində hava həmişəkindən daha isti olacaq. Bu, okean səthinin temperaturunun orta göstəricilərdən yüksək olması ilə əlaqədardır.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatından (ÜMT) məlumat verilib.

Proqnoz ÜMT-nin dünyada akkreditə olunmuş mərkəzlərinin məlumatlarına əsaslanır. Adətən istiləşməyə səbəb olan “El Ninyo” hava fenomeninin olmamasına baxmayaraq, havanın temperaturu rekord səviyyəyə yaxınlaşıb. Belə ki, 2020-ci ilin apreli güclü “El Ninyo”nun müşahidə olunduğu 2016-cı ilin aprelindən elə də soyuq olmayıb. Yanvar, fevral və mart aylarında havanın istiliyi də rekord həddə olub və ya demək olar rekord səviyyəyə çatıb.

“COVID-19-un yayılması fonunda hava proqnozları və uzunmüddətli iqlim araşdırmaları əvvəlkindən daha çox önəm qazanır, çünki havanın temperaturu və yağıntıların həcmi pandemiyadan zərər çəkmiş iqtisadiyyatın əsas sektorlarına və sağlamlıq sistemlərinə ciddi təsir göstərir”, - ÜMT başçısı Petteri Talaas deyib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə əlaqədar okeanın səthi əvvəlkindən daha çox qızır və bu, tropik siklonlar kimi müxtəlif hava fəlakətlərinin artmasına səbəb olur.

Sakit okeanın ekvatorial hissəsinin mərkəzi və şərq bölgələrində yağıntıların həcminin orta səviyyəyə yaxın olacağı gözlənilir. Bu regionda ekvatordan şimala getdikcə yağışlar həmişəkindən daha çox olacaq. Cənub-qərb və şimal-şərqdə isə yağıntının miqdarı orta səviyyədən az olacaq.

Son xəbərlər

Orphus sistemi