Türk Dövlətləri Təşkilatı iqlim dəyişmələri üzrə fəaliyyətlərə başlayıb

Türk Dövlətləri Təşkilatı iqlim dəyişmələri üzrə fəaliyyətlərə başlayıb Türk Dövlətləri Təşkilatı iqlim dəyişmələri üzrə fəaliyyətlərə başlayıb.
Ekologiya
22 Aprel , 2024 18:51
Türk Dövlətləri Təşkilatı iqlim dəyişmələri üzrə fəaliyyətlərə başlayıb

Türk Dövlətləri Təşkilatı iqlim dəyişmələri üzrə fəaliyyətlərə başlayıb.

Bunu "Report"un Ankara bürosuna açıqlamasında Türk Dövlətləri Təşkilatının keçmiş sözçüsü, "Bizim Dünyamız" Vəqfinin rəhbəri Kahraman Halisçelik Türkiyədə ilk dəfə keçirilən iqlim dəyişmələrinin okean və dənizlərə təsiri ilə bağlı "Mavi Söhbətlər" beynəlxalq konfransında bildirib.

O, deyib ki, bütün dünyada olduğu kimi, Türk dövlətləri də təbii fəlakətlərdən təsirlənir və bununla əlaqədar ortaq çalışmalara başlayıb.

K.Halisçelik bildirib ki, konfransda əsasən dünya sularının mühafizəsi, yeni su mənbələri, suların çirklənməsinə qarşı mübarizə məsələləri müzakirə olunib.

O, deyib ki, tədbirdə səslənən məsələlər Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovla da müzakirə olunacaq.

Qeyd edək ki, konfransda dünyanın 25 ölkəsinin diplomatik nümayəndələri, elm adamları, Türkiyə xarici işlər nazirinin müavini Mehmet Kemal Bozay, BMT nəzdində Sülh İnstitutunun Cenevrədəki daimi nümayəndəsi Devid Fernantes Puyana iştirak ediblər.

Tədbir BMT-nin Sülh Universiteti ilə əməkdaşlıq, Türkiyə Xarici İşlər Nazirliyi və Kosta-Rikanın Ankaradakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.

Son xəbərlər

Orphus sistemi