Şuşada ekoloji məsələlər üzrə işçi qrupun iclası keçirilib - YENİLƏNİB

Şuşada ekoloji məsələlər üzrə işçi qrupun iclası keçirilib - YENİLƏNİB Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılan Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən İşçi qrupların işğaldan azad olunan ərazilərə növbəti səfəri tə
Ekologiya
4 Avqust , 2023 15:52
Şuşada ekoloji məsələlər üzrə işçi qrupun iclası keçirilib - YENİLƏNİB

Şuşada ekoloji məsələlər üzrə işçi qrupun iclası başa çatıb.

"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, toplantıda görülən işlər və cari məsələlərdən söz açılıb.

İclasda Şuşa şəhərinin biomüxtəlifliyi, bərk məişət tullantılarının idarə olunması və işğaldan azad edilmiş ərazilərdə tikinti-söküntü tullantılarının idarəolunması müzakirə olunub.

Həmçinin Şuşada icra olunan layihələrin ekoloji qiymətləndirilməsi və buradakı yaşıllıqların mühafizəsi və zənginləşdirilməsi müzakirə olunan məsələlərdəndir.

13.18

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılan Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən İşçi qrupların işğaldan azad olunan ərazilərə növbəti səfəri təşkil olunub.

"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, səfərin məqsədi ekoloji məsələlər üzrə işçi qrupun növbəti iclasını keçirməkdir.

Şuşa şəhərində reallaşan iclasa ekoloji məsələlər üzrə işçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov sədrlik edir.

Toplantıda görülən işlər və cari məsələlərlə yanaşı, Şuşa şəhərinin biomüxtəlifliyi, bərk məişət tullantılarının idarə olunması, işğaldan azad edilmiş ərazilərdə tikinti-söküntü tullantılarının idarəolunması, buradakı yaşıllıqların mühafizəsi və zənginləşdirilməsi, Şuşada icra olunan layihələrin ekoloji qiymətləndirilməsi və digər bu kimi məsələlər müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi