Sabah bəzi yerlərdə qısamüddətli yağış yağacaq - PROQNOZ
Ekologiya
- 13 iyul, 2024
- 08:47
Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-60 %, gündüz 30-35 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.
Son xəbərlər
18:04
Almaniyada isti hava səbəbindən ölənlərin sayı artıb
Digər ölkələr17:58
Foto
BP Muzey Mərkəzi üçün müasir sərgi məkanının yaradılmasına dəstək olub
İnfrastruktur17:49
Tramp: ABŞ İranın Xarq adasını nəzarətə götürə bilər
Digər ölkələr17:47
NATO sammiti gələn il Albaniyada keçiriləcək
Digər ölkələr17:46
Əməyin təhlükəsizliyi sahəsi üzrə daha 5 dövlət standartı təsdiq edilib
Sosial müdafiə17:38
Bu ilin birinci yarımilində 306 nəfər Azərbaycana geri qaytarılıb
Xarici siyasət17:37
Kiberpolis "Any Unboxing" dələduzluq piramidasını ifşa edib
Hadisə17:37
Azadlıq uğrunda Fransa imperializminə qarşı - Korsikanın siyasi və tarixi mübarizəsi - ŞƏRH
Analitika17:34