Sabah Azərbaycanın cənub rayonlarında güclü yağış yağacaq

Sabah Azərbaycanın cənub rayonlarında güclü yağış yağacaq Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
Ekologiya
14 Dekabr , 2015 12:31
Sabah Azərbaycanın cənub rayonlarında güclü yağış yağacaq

Bakı. 14 dekabr. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, paytaxtda və yarımadada əsən mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 7-10, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Lənkəran-Astara zonasında intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu bəzi rayonlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi