Sabah Azərbaycan rayonlarında 38 dərəcə isti olacaq

Sabah Azərbaycan rayonlarında 38 dərəcə isti olacaq Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz, dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir
Ekologiya
10 Avqust , 2015 12:44
Sabah Azərbaycan rayonlarında 38 dərəcə isti olacaq

Bakı. 10 avqust. REPORT.AZ/ Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan "Report"a bildirilib ki, avqustun 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz, dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında havanın temperaturu gecə 22-26, gündüz 30-35 dərəcə isti olacaq. Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi