Qızılağac Milli Parkında növbəti dəfə “Flaminqo festivalı” keçirilib

Qızılağac Milli Parkında növbəti dəfə “Flaminqo festivalı” keçirilib Qızılağac Milli Parkında növbəti dəfə “Flaminqo festival” keçirilib.
Ekologiya
7 Dekabr , 2024 15:21
Qızılağac Milli Parkında növbəti dəfə “Flaminqo festivalı” keçirilib

Bu gün Qızılağac Milli Parkında növbəti dəfə “Flaminqo festivalı” keçirilib.

"Report"un cənub bürosu xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı çərçivəsində təşkil olunan tədbirin məqsədi həm Qızılağac Milli Parkının, həm də ölkənin digər xüsusi mühafizə olunan təbiət ərazilərinin ekoturizm potensialının nümayişi, biomüxtəlifliyin qorunmasının vacibliyinin təbliği, həmçinin Azərbaycanda turizmin inkişafına dəstək istiqamətində təşviqat işinin aparılmasıdır.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov və digər rəsmi qonaqlar, eləcə də turistlər iştirak ediblər.

Festivalda Azərbaycanın qorunan ərazilər şəbəkəsi, iqlim dəyişməsinin biomüxtəlifliyə təsiri və bioloji müxtəlifliyin hazırkı vəziyyətini əks etdirən stendlər, məlumat lövhələri, milli parkların təbiətinə, flora və faunasına aid tanışlıq guşələri, suvenirlər, o cümlədən Qızılağac Milli Parkına aid simvollar nümayiş olunub. Bu da iştirakçılara Azərbaycandakı milli parkların flora və faunası ilə virtual tanışlıq imkanı yaradıb.

İştirakçılar üçün təşkil olunan qayıq və kvadrasikllarla gəzinti də ziyarətçilər arasında məmnunluqla qarşılanıb. Onlar, həmçinin körfəz ərazisində quş koloniyalarını müşahidə ediblər

Tədbir çərçivəsində balıqartırma müəssisəsi tərəfindən yetişdirilən 200 minə yaxın çəkikimi balıq körpəsi də Qızılağac Milli Parkının körfəz ərazisinə buraxılıb.

Tədbir boyunca ifa olunan rəngarəng musiqi nömrələri və digər əyləncələr iştirakçıların və festival izləyən turistlərin böyük marağına səbəb olub.

Son xəbərlər

Orphus sistemi