Qərargah: Badamdar sürüşmə sahəsində çatların ölçüsündə nisbi artım müşahidə olunub

Ekologiya
  • 30 oktyabr, 2018
  • 05:43
Qərargah: Badamdar sürüşmə sahəsində çatların ölçüsündə nisbi artım müşahidə olunub
Report

Bakı. 30 oktyabr. REPORT.AZ/ Badamdar sürüşmə sahəsində monitorinqlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan "Report"a verilən məlumata görə, sürüşmə zonasında monitorinqlərin nəticəsinə əsasən, ərazidə gərginlik qalmaqdadır.

Sürüşmənin yuxarı hissəsində asılı halda olan süxur kütləsinin qopması qeydə alınıb.

Sürüşmə müstəvisində olan çatların ölçüsündə nisbi artım müşahidə olunub. Yuxarı hissədə yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik qeydə alınmayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti