Nazir: "Azərbaycanda hidrometeoroloji sahədə ən müasir müşahidə sistemləri tətbiq olunur"

Nazir: "Azərbaycanda hidrometeoroloji sahədə ən müasir müşahidə sistemləri tətbiq olunur" "Hidrometeoroloji xidmətin müasir standartlar səviyyəsinə çatdırılması üçün beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi xüsusi diqqət yetirilir"
Ekologiya
15 noyabr 2023 06:52
Nazir: Azərbaycanda hidrometeoroloji sahədə ən müasir müşahidə sistemləri tətbiq olunur

"Azərbaycanda hidrometeorologiya sahəsinin modernləşdirilməsi üçün dövlət investisiyaları çərçivəsində ən müasir müşahidə sistemləri tətbiq olunur".

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən Türk Dünyası II Meteorologiya Forumunda deyib.

Nazir bildirib ki, hidrometeoroloji xidmətin müasir standartlar səviyyəsinə çatdırılması üçün beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə xüsusi diqqət yetirilir.

"Dopler radar sistemləri, dənizdə, quruda və çaylar üzərində müasir avtomat stansiyalar quraşdırılaraq istifadəyə verilir, əhalinin və iqtisadiyyatın hava-iqlim şəraitindən asılı olan sahələrinin hidrometeoroloji təhlükəsizliyinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. İqlim riskləri ilə bağlı dayanıqlılığı artırmaq məqsədi Milli Uyğunlaşma Planlarının tərkib hissəsidir. Bu fəaliyyət ölkəmizdə BMT-nin İnkişaf Proqramının dəstəyi ilə həyata keçirilir", - nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi