Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Yevlax və Ağdaşda keçirilən meşəbərpa tədbirlərində iştirak edib.
"Report"un Qərb bürosunun məlumatına görə, meşəbərpa tədbirlərində eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin rəsmiləri, Meşələrin İnkişafı Xidmətinin və regional ekologiya idarələrinin əməkdaşları da iştirak edib.
Nazir Yevlax rayonunun əvvəllər zərərverici və xəstəliklərə yoluxaraq qurumuş ərazisində keçirilən meşəbərpa tədbirində və Ağdaşda ağacəkmə aksiyasında iştirak edib.
Qeyd olunub ki, Yevlax rayonu Cırdaxan meşəbəyliyinin əvvəllər zərərverici və xəstəliklərə yoluxaraq qurumuş ərazisində Şərq çinarı və Eldar şamı ağacları əkilib. Gün ərzində Yevlax və Ağdaş rayonlarının meşə fondu torpaqlarında ümumilikdə 3 500-dən çox ağac əkilib.
Meşə fondu torpaqlarında növbəti günlərdə də meşəbərpa tədbirləri davam edəcək.





